Sahib Səfərov : “Onlar Ramil Səfərova nə edə bilərlər?”

Sahib Səfərov : “Onlar Ramil Səfərova nə edə bilərlər?”

"Sarkisyanın Ramil Səfərovla bağlı göstərişi havadan asılı qalacaq. Onlar Ramil Səfərova nə edə bilərlər? Oğlumun mühafizəsi yüksək səviyyədə təşkil olunur. Müdafiə, xarici işlər, milli təhlükəsizlik nazirlikləri var. Onlar bu məsələ ilə məşğul olurlar".

Bunu Teleqraf.com-a açıqlamasında mayor Ramil Səfərovun atası Sahib Səfərov Ermənistan prezidenti Serj Sarkisyanın zabitimizə qarşı xüsusi tədbirlər görülməsilə bağlı göstərişinə münasibət olaraq bildirib.

S.Səfərov onu da qeyd etdi ki, o, R.Səfərov ekstradisiya olunandan sonra mətbuata heç bir açıqlama vermir: "Oğlumla bağlı mətbuata mən heç nə danışmıram. Bütün məsələlərə dövlət özü baxır".

Qeyd edək ki, erməni zabiti Qurgen Markaryanı öldürən R.Səfərov Macarıstan məhkəməsi tərəfindən ömürlük azadlıqdan məhrum edilsə də, Azərbaycan dövləti onun ekstradisiyasına nail olub. Zabitimizin azad olunmasına çox qəzəbli reaksiya verən Ermənistan prezidenti buna görə Azərbaycandan qisas alacaqlarını açıq bəyan etmişdi. Sarkisyan 2012-ci ilin sentyabrında İrəvanda Milli Təhlükəsizlik Şurasının keçirilən toplantısında R.Səfərovun azadlığa buraxılmasına dözmək fikrində olmadıqlarını və cavab addımları atacaqlarını bildirib. Sarkisyan toplantıda Ermənistanın atacağı cavab addımlarını isə belə sadalayıb: "İlk addım atılıb, Baş Qərargah rəisinə qoşunların yüksək hazırlıq vəziyyətinə gətirilməsi barədə əmr verilib. Bu, zəruri şərtdir. İkincisi, Qorik Qurgeneviç (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Qorik Akopyan-red.), iclasdan sonra yanıma gəlin, mənim sizə xüsusi tapşırığım var". Xüsusi tapşırığın R.Səfərovu aradan götürməkdən ibarət olduğu bildirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az