Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov 416-cı alayın topçusu olmuş Zərdab rayon sakini, 93 yaşlı Muradəli Heydərovu qəbul edib. Xidmətdən apa -ya verilən məlumata görə, A. Rəhimov Böyük Vətən müharibəsi veteranı Muradəli Heydərovun keçdiyi döyüş yolundan söz açaraq, onun gənclər üçün bir nümunə olduğunu vurğulayıb.
Gənclərin ordu sıralarına hazırlanması, döyüş əzmi ruhunda və hərbi vətənpərvərlik tərbiyəsində xidmətləri ilə əlaqədar M. Heydərova təşəkkürünü bildirən general-leytenant Arzu Rəhimov onun bu fəaliyyətinə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanı ilə təltif olunduğunu diqqətə çatdırıb. Xidmət rəisi Fəxri Fərmanı Muradəli Heydərova təqdim edərək, ona möhkəm can sağlığı və uzun ömür arzulayıb.
M. Heydərov bundan sonra da yorulmadan veteranların nümunəsini gənc nəsil arasında təbliğ edəcəyini söyləyib.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



