Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 100 nəfər müharibə əlinə "NAZ-Lifan" markalı minik avtomobillərinin açar və sənədləri təqdim olunub.
Apa-nın məlumatına görə, onlardan 95 nəfəri Qarabağ müharibəsi, 5 nəfəri isə 20 Yanvar əlilidir.
Tədbirdə Azərbaycan prezidenti İlham Əliyevin əlillərə, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş insanlara göstərdiyi diqqət və qayğıdan söhbət açılıb. Qarabağ müharibəsi və 20 Yanvar əlilləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, hazırda təqdim olunan avtomobillər də daxil olmaqla indiyədək müharibə əlillərinə 3906 ədəd minik avtomobili verilib. Azərbaycan prezidentinin 23 dekabr 2013-cü il tarixli sərəncamına əsasən, ayrılmış vəsait hesabına növbədə dayanan daha 700 nəfərdən artıq Qarabağ əlilinin cari ildə avtomobillə tam təminatı həyata keçiriləcək.
Əlil və şəhid ailələrinə mənzillərin, həmçinin əlillərə avtomobilin verilməsində şəffaflığın təmin olunması və ictimai nəzarətin gücləndirilməsi məqsədilə mənzil və avtomobil alanların, eyni zamanda mənzil və avtomobillə təmin edilmək üçün növbədə dayananların siyahıları nazirliyin rəsmi internet saytının ön səhifəsində ictimaiyyətə təqdim edilir.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































