Ermənistanın Xarici İşlər naziri Edvard Nalbandyan rəhbərlik etdiyi qurumun adından türkiyəli həmkarı Əhməd Davudoğluna məxfi məktub göndərib. Məktubda dalana dirənmiş Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsi üçün yol xəritəsi göstərilib. Ermənistanın "Aravot" qəzetinin XİN-dəki mənbələrə istinadən yaydığı məlumata görə, məktub 10 gün ərzində 3-cü ölkə vasitəsi ilə şəxsən türkiyəli nazirə çatdırılıb.
Ermənistan mətbuatının məlumatına görə, yol xəritəsində üç müddəa göstərilib:
1. Türkiyə erməni soyqırımını etiraf edərək, bundan doğan öhdəlikləri üzərinə götürməli və dünya ermənilərindən rəsmən üzr istəməlidir.
2. Təcili və qeyri-şərtsiz Türkiyə-Ermənistan sərhədi açılmalı, diplomatik əlaqələr bərpa olunmalıdır.
3. Türkiyə Dağlıq Qarabağ konfliktinin həllinə cəlb olunmalı və konflikt tərəflərinin hərbi qüvvələrinin təmas xəttindən çəkilməsi üçün səy göstərməlidir. Eyni zamanda cəmiyyətlərin sülhə hazırlanması işində fəal iştirak etməlidir.
Ermənistan mətbuatı Əhməd Davudoğlunun İrəvana səfərinə az vaxt qaldığını qeyd edərək, Türkiyə iqtidarının siyasi imicinin reabilitasiyası üçün yol xəritəsinin qəbul olunmasının yeganə çıxış yolu olduğunu bildirir.
Mediainfo.az
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



