Genişmiqyaslı silahlanmaya üstünlük verən Azərbaycandan fərqli olaraq, Ermənistan hərbi imkanlarını artırmaqda maraqlıdır. Tert.am-ın məlumatına görə, bunu Ermənistanın müdafiə naziri Seyran Ohanyan bugünkü brifinqində deyib.
"Düşünürəm ki, Azərbaycan ordusunun silahlanmasına ayrılan vəsait danışıqlar prosesinə təsir çərçivəsindən çoxdan çıxıb. Azərbaycan ciddi surətdə müharibəyə hazırlaşır, biz bunu bilirik və hadisələri nəzarətdə saxlayırıq. Biz surətlə silahlanmasaq da, hərbi potensialımızı artırırıq", deyə hərbi nazir Ermənistan ordusunun ölkəni müdafiə etmək qüdrətində olduğunu bildirib.
Yerli "Çorrord İnknişxanutyun (Dördüncü Hakimiyyət)" qəzetinin məlumatına görə, analitiklərin fikrincə, nazirin bu açıqlaması Qarabağa dair danışıqlar prosesində Ermənistanın ciddi güzəştlərə hazır olduğunu, ictimai fikrin bu yöndə formalaşdırıldığını göstərir. Belə ki, S.Ohanyan çıxışı zamanı ermənilərin nəzarətində olan Qarabağ ərazilərinin müdafiəsindən danışmayıb, yalnız Ermənistan respublikasının ərazisini nəzərdə tutub.
O.M.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



