Azərbaycanın iqtisadi uğurları hər zaman Ermənistan cəmiyyətində gərginliyin artması ilə müşahidə olunub. Bu gün də iqtidar və müxalifət düşərgələri bir-birini ittiham etməkdə davam edir. Mübahisə və münaqişə fonunda ortalığa qəribə mülahizələr çıxır. Onlardan biri də tanınmış erməni sosioloqu, "Sosiometr" mərkəzinin rəhbəri Aqaron Adıbekyanın mülahizəsidir. Ermənistanın Hetqonline saytının məlumatına görə, 2012-ci il parlament seçkilərini təhlil edən sosioloq qeyd edir ki, növbəti seçkilərdə Ermənistanın milli məclisində 3 iqtidar, 3 müxalifət partiyası təmsil oluna bilər. Hər iki düşərgənin şanslarını təhlil edən Adıbekyan mövcud siyasi qüvvələrin xalqın bütün zümrələrini təmsil edə bilmədiyini vurğulayıb. Beləcə, Ermənistanda siyasi vəziyyətin acınacaqlı olduğunu bildirməklə bu tendensiyanın yaxın gələcəkdə də qorunub saxlanılacağını təəssüflə qeyd edib. Proqnozlarını bədbin notlarla tamamlayan sosioloq məsələnin "nikbin" tərəfləri olduğunu da bildirməyi unutmayıb. Sözsüz ki, onun fikirləri Ermənistan cəmiyyətində, o cümlədən Azərbaycan elektoratı arasında birmənalı qarşılanmayacaq. Aqaron Adıbekyan deyib: "Azərbaycanda növbəti parlament seçkilərindən sonra ermənilərin xeyrinə irəliləyişlərin olacağı gözlənilir. Bəlkə də artıq bu cür irəliləyişlər var. O mənada ki, qonşu ölkənin yüksək eşelonunda hər 5 nəfərdən biri mənşəcə gizli ermənidir və ya erməni qadınla nikahdadır. Deməli, biz ermənilər matryoşka kimi onların içində gizlənmişik. Buna görə də hər hansı irəliləyişə ümid bəsləmək olar."
Tarix boyu ermənilər qadınlarını irəli verməklə öz çirkin niyyətlərini həyata keçirmişlər. Onların ad və ya familiyalarında göründüyü kimi, çoxu azərbaycanlıların "qonaq payıdır". Qəribədir ki, onlar bununla fəxr edirlər. Ancaq başa düşmürlər ki, "atasının" üzünə ağ olan "övlad" heç vaxt xeyir tapmaz. O ki qaldı Azərbaycanda vəzifədə olan hər beş nəfərdən birinin erməni qadınları ilə əlaqəsinə, bu, erməni "kişi"lərinin həmişəki arzusudur...
Natiq Qocaman
O.M.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































