Ermənistanın Əmək və Sosial məsələlər Nazirliyinin təşəbbüsü ilə ölkədə işsizlik üzrə müavinət alanların sayı kəskin artdığı üçün müavinətlərin müddəti hiss olunacaq dərəcədə azaldılacaq. "Aykakan Jamanak (Ermənistan Zamanı)" qəzetinin məlumatına görə, indən belə işsizlər cəmi 3 ay müavinət ala biləcəklər. Hazırda qanun layihəsi Ədliyyə Nazirliyindədir.
Qeyd edək ki, rəsmi statistikaya görə, hər il Ermənistanda 11 min işsiz 4.5 milyard dram məbləğində müavinət alır. Yeni qanun layihəsində bu rəqəmin 3 dəfə azalaraq 1.5 milyard drama düşəcəyi gözlənilir.
Ermənistanın Əmək və Sosial məsələlər Nazirliyinin rəsmiləri bu addımın işsizliyin azaldılmasını təşviq edəcəyinə xidmət etdiyini bildirsələr də, yerli analitiklərin fikrincə, yeni qanun layihəsinin əsas və yeganə məqsədi büdcə vəsaitlərinə qənaətdir. Belə ki, iş yerlərinin artmadığı bir şəraitdə işsizliyin azalmasını təşviq etmək mümkün deyil.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































