Bu gün Serj Sarkisyan restoranda nazirlər kabinetinin yeni siyahısını müzakirə edəcək

Bu gün Serj Sarkisyan restoranda nazirlər kabinetinin yeni siyahısını müzakirə edəcək

Bu gün Ermənistan prezidenti Serj Sarkisyan restoranda yeni nazirlər kabinetinin siyahısını açıqlayacaq. "Aykakan Jamanak (Ermənistan Zamanı)" qəzetinin ölkənin Respublika partiyasında olan mənbələrə istinadən yaydığı məlumata görə, bu gün 01 may "Bahar və Əmək Bayramı" münasibəti ilə Serj Sarkisyan yaxın silahdaşlarını başına toplayacaq. Partiyanın elitasında olan məmurlar paytaxtın "Pərvanə" restoran kompleksində prezidentin qonağı olacaqlar. Bu zaman yeni nazirlər kabinetinin ilkin siyahısının açıqlanması gözlənilir. Məlumatda o da bildirilir ki, bazar günü keçiriləcək bələdiyyə seçkilərində gözlənilməz nəticələr əldə olunmazsa, nazirlər kabinetində ciddi dəyişiklik baş verməyəcək.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az