Dünən Ermənistanın hazırkı və yeni seçilmiş prezidenti olan Serj Sarkisyanla onun seçkilərdə yeganə ciddi rəqibi sayılan, səslərin 37%-ə qədərini qazanmış Raffi Ovannisyan arasında bir saatlıq görüş keçirilib. Ermənistanın "Joxovurd"
qəzetinin məlumatına görə, görüş R.Ovannisyan və ABŞ səfirliyinin işçiləri üçün gözlənilən nəticəni verməyib. Belə ki, Serj Sarkisyan müxalif "Miras" partiyasının başqanı Raffi Ovannisyanı baş nazir vəzifəsinə təyin etmək təklifinə qətiyyətlə rədd cavabını verib. Bununla belə, prezident R.Ovannisyana hakim partiyanın təqdim edəcəyi proqrama dəstək verməyi və iqtidar koalisiyasında yer almağı təklif edib. Məlumatda o da bildirilir ki, görüş zamanı prezident seçkilərdəki opponentinə "sən" deyə müraciət edib və ona "nədənsə yaman kədərli görünürsən, Raffi" deyə atmaca atıb.
"Joxovurd" qəzeti məlumatı Serj Sarkisyanın 15 dekabrda partiyasının qurultayında səsləndirdiyi fikirlə bitirib. "Ermənistan vətəndaşına "siz" deyə müraciət etmək lazımdır".
Xatırladaq ki, Raffi Ovannisyan 1959-cu ildə ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərciyində doğulub və həmin ölkənin vətəndaşıdır.
Biz isə təkcə onu deyə bilərik ki, Ermənistanın müxalifəti də ermənisayağıdır.
Murad Şahməmmədov
O.M.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































