Moskvada 9 nəfəri zorlayan erməni manyak tutuldu

Moskvada 9 nəfəri zorlayan erməni manyak tutuldu
Onun qurbanlarndan ikisi azyaşlı olub

Rusiyanın paytaxtında 26 yaşlı tüfeyli həyat sürən Ermənistan vətəndaşı həbsə alınıb. O, doqquz şəhər sakinini zorlamaqda ittiham olunur. Ermənistanın tert.am saytının Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Yervand Mnasakanyan adlı şəxs Moskvada valideynlərinin yanında yaşasa da, heç bir ünvanda qeydiyyatı yox idi və heç yerdə işləmirdi. Onun barəsində Rusiya CM-nin 3 maddəsi üzrə cinayət işi açılıb. İstintaqa məlum olub ki, müttəhim təkcə 2011-ci ildə 9 qızı zorlayıb ki, onlardan ikisi azyaşlı olub. O, qurbanlarına təcavüz etdikdən sonra hər birini qarət edib. Əldə etdiyi qəniməti sataraq, qazandıqlarını tüfeyli vərdişlərinə xərcləyib.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az