Ermənistanda prezident seçkiləri yaxınlaşdıqca siyasi gərginlik artmaqda davam edir. Bir zamanlar yaxın silahdaş olmuş sabiq prezident Robert Koçaryanla hazırkı prezident Serj Sarkisyan arasında rəqabət artmaqdadır. Ermənistanın "Joxovurd" qəzetinin məlumatına görə, R.Koçaryan 13 dekabrda, S.Sarkisyan isə 18-19 dekabr tarixlərində Moskvaya yola düşməyə hazırlaşırlar. Hər ikisinin məqsədi Rusiya prezidenti Vladimir Putinlə görüşmək, onun xeyir-duasını almaqdır. Rəsmi mənbələr bu ehtimalları təsdiq etməsələr də, Ermənistanda siyasi gərginliyin artdığı hiss olunur. Ölkədə belə bir söz yayılıb ki, Serj Sarkisyan rəqibi ilə mübarizədə ölkənin ən nüfuzlu oliqarxı sayılan, "Çiçəklənən Ermənistan" partiyasının rəhbəri, deputat Qaqik Sarukyanı öz tərəfinə çəkməyə çalışır. Hətta deyilənə görə, prezident Q.Sarukyanla şənbə günü görüşü zamanı ona indiki baş nazir Tiqran Sarkisyanı istefaya göndərəcəyini də söz verib. Bunun müqabilində Q.Sarukyan seçkilərdə öz namizədliyini irəli sürməyəcək. Məlumatda o da bildirilir ki, Ermənistanın seçkilərdən sonra baş naziri Vladimir Putinin razılığı ilə təyin olunacaq.
Xatırladaq ki, "Dodi Qaqo" ləqəbli Qaqik Sarukyan Robert Koçaryanın, Tiqran Sarkisyan isə Serj Sarkisyanın yaxın silahdaşı, dostu sayılır.
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































