Ermənistanda hər sahədə olduğu kimi penitensiar sistemdə də ciddi problemlər mövcuddur. Məhkəmələrin özbaşnalıqları bir yana, dustaqların saxlanılma şəraiti və onlarla rəftar dözülməz həddədir. İş o yerə çatıb ki, dustaqlar etiraz əlaməti olaraq göz qapaqlarını, ağızlarını və qulaqlarını tikirlər. Ötən həftə isə İrəvanın "Nubaraşen" həbsxanasının dustaqları ölkənin Baş prokuroruna məktub yollayıblar. Qəribə səslənsə də, bu zaman dustaqlardan biri öz barmağını kəsərək məktubun zərfinə əlavə edib. Daha sonra "Razdan" həbsxanasının dustağı gözlərini tikib. Səbəb isə dəyişməz olaraq qalır. Əsassız məhkəmə qərarları, həbsxanalardakı dözülməz şərait və pis rəftar.
Maraqlıdır ki, ölkədə dustaqlar və onların yaxınları arasında artan narazılıq fonunda Ədliyyə naziri Qrayr Tovmasyan bütün bunları normal qarşılayır. O, dünənki brifinqində bunu bir daha təsdiq edib. "Dustaq üçün göz qapaqlarını və ya qulaqlarını tikmək qızların sırğa taxması kimi normal bir haldır", - deyən nazir son vaxtlar baş verən neqativ halları normal qarşıladığını və buna qətiyyən təəccüblənmədiyini bldirib. Jurnalistlərin birinin "nə üçün belə halların sayı artıb" sualına isə nazir soyuqqanlıqla cavab verib: "Çünki bütün dustaqlar özünü günahsız sayır".
Erməni nazirin cavabından belə bəlli olur ki, Ermənistan özü böyük bir həbsxanadır.
Aqil Hüseynov
O.M.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)

.jpg)

















































