Ermənistanda təbii qazın 1 kubmetrinin qiyməti 38 qəpik ola bilər

Ermənistanda təbii qazın 1 kubmetrinin qiyməti 38 qəpik ola bilər

Ermənistan Respublikasında növbəti dəfə təbii qazın istehlak qiymətinin artımı gözlənilir. "Aykakan Jamanak (Ermənistan Zamanı)" qəzetinin Ermənistan hökumətində etibarlı mənbələrə istinadən yaydığı xəbərə görə, gələn ilin 01 aprel tarixindən etibarən ölkədə istehlak olunan təbii qazın 1 kubmetrinin qiyməti 132 dramdan (təxminən 25 qəpik) 196 drama (təxminən 38 qəpik) qədər yüksələcək. Belə ki, Rusiyadan eksport olunan təbii qazın qiyməti təklif olunan tarifə uyğunlaşdırılarsa, yerli bazarda qiymət artımı qaçılmaz olacaq.

Xatırladaq ki, danışıqlar zamanı Rusiya tərəfi 1000 kub metr üçün 330 ABŞ dollarının məqbul olduğunu qeyd edir ki, bu da indiki qiymətdən 100$ çoxdur. Lakin qiymətin 250-260$ həcmində qalacağı da istisna olunmur. Belə olan halda, daxili bazarda qazın bir kubmetrinin qiyməti 163 dram (təxminən 31 qəpik) ola bilər.

İstənilən halda, bu ilin yazında Ermənistanın istehlak bazarında təbii qazın qiymətinin artımı labüddür.

Yeri gəlmişkən, Azərbaycanda istehlak olunan təbii qazın qiyməti 10 qəpikdir və yaxın illərdə qiymət artımı gözlənilmir.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az