Meteohəssas insanlar üçün yanvar ayının təqvimi - Diqqətli olun!
3 Yanvar 2025 12:19
Dünyada buğdanın qiymətinin artması ilə əlaqədar qonşu Ermənistanda da un və un məmulatlarının, o cümlədən çörəyin qiyməti 10-20 dram artıb (təxminən 2-4 qəpik) artıb. Tert.am-ın məlumatına görə, buna qədər 250 drama (təxminən 48 qəpik) satılan 500 qramlıq çörək indi 260-270 drama, bəzi yerlərdə isə 300 (təxminən 54 qəpik) drama satılır. Bu isə əhali arasında narazılığa səbəb olub. Qiymət artımının davam edəcəyi gözlənilir.
Xatırladaq ki, analoji səbəbdən Azərbaycan bazarında 600-700 qramlıq çörəyin qiyməti 10 qəpik artırılaraq 40 qəpiyə çatıb.
Qeyd edək ki, beynəlxalq valyuta birjalarında1 Ermənistan dramının qiyməti 0.001920 Azərbaycan manatı dəyərində ölçülür.
O.M.