Bu gün Rusiyanın Çeçenistan Respublikasının paytaxtında dələduzluqda şübhəli bilinən Ermənistan vətəndaşı dindirilib. O, bir müddət əvvəl saxta yolla öz oğurluğunu təşkil etməklə almaniyalı şərikindən 100 milyon rubl (təxminən 2.5 mln. manat) tələb etdirməkdə ittiham olunur. İnterfax-ın Şimali Qafqaz federal dairəsinin hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, sentyabrın sonlarında Qroznıda naməlum şəxslər iki ortaq biznesmeni girov götürüblər. Onlardan biri Ermənistan, digəri isə Almaniya vətəndaşı olub. Sonradan Almaniya vətəndaşı azadlığa buraxılıb. İnsan alverçiləri onun qarşısında belə bir şərt qoyublar ki, 02 oktyabr tarixinə qədər şərikinin girovluqdan azad edilməsi üçün 100 milyon rubl (təxminən 2.5 mln. manat) pulu onlara çatdırsın.
Dünən polisin xüsusi əməliyyatı nəticəsində erməni biznesmen girovluqdan azad edilib. Lakin ilkin dindirilmə zamanı məlum olub ki, bütün bu hadisələrin təşkilatçısı elə həmin erməni imiş. Hazırda faktla başlı cinayət işi açılıb, araşdırma aparılır.
O.M.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


