Ermənistanın sabiq xarici işlər nazirinin deputat toxunulmazlığı ləğv edildi

Ermənistanın sabiq xarici işlər nazirinin deputat toxunulmazlığı ləğv edildi

Bu gün Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində ölkənin sabiq xarici işlər naziri Vardan Oskanyan deputat toxunulmazlığından məhrum edilib. Tert.am-ın xəbərinə görə, 64 lehinə və 6 əleyhinə səslə "Çiçəklənən Ermənistan" partiyasının üzvü, millət vəkili Vardan Oskanyan barəsində parlamentdə qərar qəbul edilib. Səsvermənin nəticələrini Ermənistan Milli Məclisinin yüksək tribunasından iqtidarda olan "Respublika" partiyasının üzvü, deputat Sukias Avetisyan elan edib.

Yerli analitiklərin fikrincə, sabiq xarici işlər naziri barəsində çıxarılan qərar ölkə prezidentinin tapşırığına əsaslanıb. Bununla Serj Sarkisyan onu iqtidara gətirmiş R.Koçaryanın siyasi fəaliyyətini və nüfuz dairəsini məhdudlaşdırmağa çalışır.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az