Ermənistanda məktəblilərin sayı il-ildən kəskin surətdə azalır. Ölkənin "Aykakan Jamanak (Ermənistan Respublikası)" qəzetinin məlumatına görə, bu gün dərsə gedən birinci sinif şagirdlərinin sayı 6 il əvvəl doğulan uşaqlardan 1500 nəfər azdır. Bu isə ölkədə uşaq ölümünün və emiqrasiyanın artmasından, sosial-iqtisadi vəziyyətin kəskin dərəcədə pisləşməsindən xəbər verir.
Məsələn, Qeqarkunik vilayətinin Barepart kəndində fəaliyyət göstərən yeganə məktəb cari tədris ilindən fəaliyyətini dayandırıb. Bundan başqa, adıçəkilən kənddə uzun illərdir uşaqlar doğulmur.
"Aykakan Jamanak (Ermənistan Respublikası)" qəzetinin analitiklərinin fikrincə, Barepart kəndi Ermənistandakı real vəziyyətin bariz nümunəsidir. Vətəndaşlar elementar yaşayış normalarına malik olmaq üçün ölkəni surətlə tərk edirlər, qalanlar isə ailədə uşaq artımından ehtiyat edirlər. Bu cür davam etsə, ölkədə kütləvi savadsızlaşma prosesi başlayacaq.
O.M.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


