Görəsən, niyə Vladimir Putin Ermənistana səfərini təxirə saldı?

Görəsən, niyə Vladimir Putin Ermənistana səfərini təxirə saldı?
Erməni cəmiyyəti təlaş içərisindədir

Kremldə Rusiya prezidenti Vladimir Putinin Ermənistana nəzərdə tutulan sentyabr səfərini təxirə salması məsələsinə heç bir aydınlıq gətirilməyib. Ermənistanın "Aykakan Jamanak (Ermənistan Respublikası)" qəzetinin məlumatına görə, Rusiyanın MDB institutunun rəhbəri Vladimir Zatulinin fikrincə, görüş sentyabr ayında baş tutmalı idi. Lakin qeyri-müəyyən səbəblərdən təxirə salınıb.

Məsələyə aydınlıq gətirmək üçün dünən "Aykakan Jamanak (Ermənistan Respublikası)" qəzetinin müxbiri Rusiya Prezident Administrasiyasının mətbuat və ictimai əlaqələr idarəsinin rəisi Andrey Sibulinə zəng vurdu. Lakin Kreml rəsmisi görüşün nəzərdə tutulduğunu bildirsə də, təxirə salınmasının səbəblərinə aydınlıq gətirmədi.

Xatırladaq ki, V.Putinin Ermənistana dövlət səfəri haqda məlumat may ayının sonlarından etibarən gündəmə gəlmişdi. Əvvəlcə görüşün 07 sentyabra, sonra isə 17 sentyabra nəzərdə tutulduğu qeyd olunurdu. Hətta səfər çərçivəsində xüsusi proqram və hazırlıq işləri də tərtib olunmuşdu.

Yerli analitiklərin fikrincə, Ramil Səfərov ətrafında cərəyan edən hadisələr fonunda Rusiya prezidentinin Ermənistana qarşı bu cür addımını hörmətsizlik və sərt mövqe kimi qəbul etmək lazımdır. Bu isə Qarabağ münaqişəsinin həlli yolunda Rusiya iqtidarının mövqeyinin dəyişəcəyinə işarədir.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az