Azərbaycan Milli Ordusunun zabiti, mayor Ramil Səfərova qarşı Ermənistanda ən yüksək səviyyədə hazırlanmış terror planı bu günün əsas gündəmini təşkil edir. Artıq Azərbaycanın Müdafiə və Milli Təhlükəsizlik Nazirlikləri narahatlıqlarını rəsmi bəyanatlarla ifadə ediblər. Qonşu ölkənin rəsmiləri bu haqda susmağa üstünlük versələr də, erməni mətbuatına müsahibə verən nüfuzlu şəxslər belə bir planın vacib olduğunu dilə gətirməkdən çəkinmirlər. Hetq.am-ın yaydığı məlumata görə, bu gün Ermənistanın "Miras" partiyasının katibi Stepan Səfəryan mövcud məsələyə toxunarkən ölkə rəhbərliyinə və erməni ictimaiyyətinə bir növ mesaj göndərib. O deyib: "... Azərbaycan tərəfi ilk baxışdan gülünc görünən, lakin hüquqi cəhətdən əsaslandırılmış açıqlama verib: beynəlxalq konvensiyaya görə İlham Əliyev Səfərovu vaxtından əvvəl azad edə bilməzdi, ancaq Əliyev qeyd edir ki, sənəddə onun Səfərovu azad etməsini məhdudlaşdıra biləcək heç bir müddəa yoxdur. Humanizm baxımından biz yeni "Nemesis (Təşkil olunmuş qisas)"-ə qarşı olmalıyıq, ancaq erməni ləyaqətinin və təhlükəsizliyinin təmin olunması üçün bu addıma bəraət qazandırmaq olar".
Bu gün jurnalistlər qarşısında çıxış edən Qarabağ müharibəsinin veteranı, general-mayor Arkadiy Ter-Tadevosyan da analoji fikirləri təsdiq edərək, bundan narahat olduğunu bildirib: "Növbəti addım o olacaq ki, Səfərovu aradan götürəcəklər. Belə ki, o, öz rolunu oynayıb və izafi baş ağrıları yarada bilər. Onu ya erməninin, ya da erməni familiyalı bir insanın əli ilə öldürəcəklər".
Hadisələrin bu cür inkişafından ehtiyat etdiyini dilə gətirən Ter-Tadevosyan çıxışının sonunda bir növ erməni cəmiyyətinə səslənmiş oldu: "Bir hərbçi kimi mən barıtın iyini hiss edirəm. Amma istəməzdim ki, müharibə bərpa olunsun".
O.M.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































