Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan ölkəsinə ekstradisiya olunması və Azərbaycan prezidenti tərəfindən əfv olunması Ermənistan cəmiyyətində müzakirə olunan ən aktual məsələdir.
Bu gün Argentina xarici işlər naziri Hektor Markosla görüşdən sonra Ermənistan xarici işlər naziri Edvard Nalbandyan brifinq zamanı mövcud mövzuya toxunub. O, çıxışı zamanı Dağlıq Qarabağ problemindən bəhs edərək, ölkəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqları davam etdirəcəyini bildirib. Bununla belə, nazir Azərbaycanın hərbi potensialının inkişafından narahatlıq duyduğunu da dilə gətirib:
"Sizə məlumdur ki, Azərbaycan tərəfi həmsədrlərin, ATƏT sədrinin, BMT baş katibinin snayperləri təmas xəttindən uzaqlaşdırmaq, atəşkəs rejimini gücləndirmək, bu rejimi pozanların araşdırılması mexanizmini hazırlamaq təkliflərini rədd edir... Dünyada ikinci belə bir ölkə yoxdur ki, hərbi büdcəsini bu qədər gücləndirsin. Ən əsası isə odur ki, dünya ictimaiyyəti Azərbaycanın danışıqlar pərdəsi altında bu avantürist siyasətini davam etdirməsinə imkan verməməlidir. Bu proses regional və beynəlxalq təhlükəsizliyə ən böyük təhlükədir".
Daha sonra nazir Türkiyənin danışıqlar prosesində vasitəçilik missiyasının yolverilməz olduğunu bildirib.
O.M.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür










.jpg)





























.jpg)
.jpg)










.jpg)


