Milli Ordunun zabiti Ramil Səfərov ətrafında müzakirələr davam edir. Zabitin ekstradisiyası və əfv olunması məsələləri həm Ermənistanı, həm də dünya erməni lobbisini narahat etməkdədir. Ermənilər beynəlxalq aləmdə səs-küy salmağa, hadisələrin qanunlara zidd cərəyan etdiyini sübut etməyə çalışsalar da, Azərbaycanın tutarlı arqumentləri qarşısında aciz duruma düşüblər. Odur ki, yeganə çıxış yolu kimi cəbhədəki vəziyyəti gərginləşdirmək strategiyasından istifadə etməyə çalışırlar. Yerli və əcnəbi politoloqların fikrincə, bu, son nəticədə atəşkəs rejiminin intensiv şəkildə pozulmasına gətirib çıxara bilər.
Tert.am-ın separatçı Dağlıq Qarabağ rejiminə istinadən yaydığı məlumata görə, dünən "DQR (qondarma Dağlıq Qarabağ Respublikası)"-in prezidenti Bako Saakyan təhlükəsizlik şurasının növbədənkənar iclasını keçirib. İclasda Ramil Səfərovla bağlı son hadisələr müzakirə edilib. Qondarma rejimin müdafiə və xarici işlər nazirlərinə, habelə digər qurumlara xüsusi tapşırıqlar verilib.
Ermənistanın "168 jam" qəzetinin analitiklərinin fikrincə, jurnalistlərə qapalı keçən iclasda Bako Saakyan erməni Apostol kilsəsinin Arsax yepiskopluğunun rəhbəri Parqev Martirosyana əhalinin ibadətləri zamanı onlara müharibə ruhunun aşılanması barədə xüsusi tapşırıq verib. Müdafiə nazirinə isə cəbhənin Xocavənd, Tərtər və Goranboy istiqamətlərində daha fəal olmaq tapşırığı verilib. Bako Saakyanın mətbuat katibi David Babayanın Ermənistanın "Azatutyun" radiosuna verdiyi müsahibə də deyilənləri bir daha sübut edir. O, qondarma rejimin gələcək fəaliyyətini qiymətləndirərkən məsələyə üstüörtülü aydınlıq gətirib: ""Arsax (DQR)" silsilə addımlar hazırlayır ki, yaxın zamanda onun nəticələrini hər kəs görə biləcək".
Bu isə onu deməyə əsas verir ki, cəbhədəki vəziyyət qeyri-müəyyən vaxtadək gərginləşməkdə davam edəcək.
O.M.
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var




















































