Serj Sarkisyan qayınanasının 7-sini verən kimi qardaşı oğluna toy eləyir

Serj Sarkisyan qayınanasının 7-sini verən kimi qardaşı oğluna toy eləyir
Ölkənin birinci xanımı və onun iki qızı bugünkü tədbirdə iştirak etməyəcəklər

Bu gün Ermənistan prezidentinin ailəsində toy mərasimi təşkil olunacaq. Tert.am-ın "Qraparak" qəzetinə istinadən yaydığı məlumata görə, bir neçə saatdan sonra prezidentin qardaşı Levon Sarkisyanın oğlu bəy kürsüsündə oturacaq. O, gürcüstanlı erməni ilə evlənəcək.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl prezidentin arvadı Ritanın anası vəfat etmişdi. Serj Sarkisyanın qayınanasının yası ilə bağlı toyu təxirə salmamaq qərarı arvadının narazılığına səbəb olub. Məlumata görə, ölkənin birinci xanımı və onun iki qızı bugünkü tədbirdə iştirak etməyəcəklər.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az