Ermənistanın hazırkı iqtidarı ilə bu heyəti ölkə rəhbərliyinə gətirən II prezident Robert Koçaryan arasında fikir ayrılığı və mübarizə dərinləşməkdədir. II prezidentin adamlarının Ermənistan rəhbərliyindən hissə-hissə uzaqlaşdırılması və ya Serj Sarkisyan tərəfinə çəkilməsi danılmaz faktdır. Robert Koçaryanın ictimai-siyasi proseslərdən uzaqlaşdırılması, biznes dairəsinin sürətlə sıxılması, Rusiya rəhbərliyi tərəfindən biganəliyə məruz qalması onun siyasi fiqur kimi süqutundan xəbər verir. Lakin sabiq prezident bununla barışmaq fikrində deyil. Yerli analitiklərin fikrincə, o, adəti üzrə siyasi olimpə Dağlıq Qarabağ kartı ilə qayıtmaq niyyətindədir. Belə ki, hələ də Sarkisyan iqtidarında yer alan Bako Saakyan Robert Koçaryanın yeganə silahdaşı və dayağıdır.
Ermənistanın "Çorrord inknişxanutyun (Dördüncü hakimiyyət)" qəzetinin məlumatına görə, sabiq prezident ötən həftə gözlənilmədən Dağlıq Qarabağı ziyarət edib və tanınmamış respublikanın prezidenti Bako Saakyanla təkbətək görüşüb. Görüş bağlı qapılar arxasında məxfi şəraitdə keçsə də, "arsax respublikası"nda növbəti prezident seçkilərinə həsr olunub. Görüşdə Ermənistanın II prezidenti təkidlə qeyd edib ki, nə yolla olursa olsun, "DQR"-in hazırkı prezidenti Bako Saakyan öz postunda qalmalıdır. Daha dəqiq desək, Robert Koçaryan "DQR"-də seçkilərin demokratik və şəffaf keçirilməli olduğunu, bu zaman Bako Saakyanın mütləq qalib gələcəyini bildirib.
Ermənistanın "168 jam (168 saat)" qəzetinin analitiklərinin fikrincə, sabiq prezidentin bu addımı Bako Saakyanın və ümumilikdə "Qarabağ klanı"nın siyasi süqutuna gətirəcək. Belə ki, Qarabağda doğulsa da, özünü qarabağlı saymayan Serj Sarkisyan "Qarabağ klanı"nı siyasi səhnədən uzaqlaşdırmaqla danışıqlar prosesində ciddi güzəştlər etməyə hazırlaşır. Bu isə Ermənistan cəmiyyətini qismən razı salsa da, Qarabağ erməniləri arasında təşviş doğurur.
O.M.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































