İsrail Estoniyaya gəmiəleyhinə "Qabriel" kompleksin Ukraynaya verilməsinə icazə verib.
"Qabriel" (Blue Spear 5G SSM) kompleksi İsrailin "Aerospace İndustries" (IAI) konserni tərəfindən istehsal edilib və dünyada "Yer- dəniz" sinfində ən yaxşılarından biri hesab edilir.
Mediainfo.az xəbər verir ki, bu barədə mayın 14- də hərbi araşdırmaçı jurnalist Rostislav Demçuka istinadən "The Jerusalem Post" saytı məlumat verib.
Əvvəllər, 2021- ci ildə Estoniya IAI konsernindən müəyyən edilməyən sayda "Blue Spear" sistemləri alıb, hazırda onlardan birinin Ukraynaya verilməsi üçün İsraildən icazə istəyib və müsbət cavab alıb.
"Blue Spear" dünyada ən mükəmməl gəmiəleyhinə raket kompleksidir. O, Yer platformalarından yüksək sürətlə raket buraxılışına imkan verir. Belə kompleks Rusiyanın Qara dəniz və Azov dənizində Rusiya donanmasının qarşısını almaq üçün Ukraynanın cənubunda hərbi əməliyyatlarda həlledici rol oynayacaq.
Uzun müddət Rusiya ilə Ukrayna arasında balans tapmağa cəhd edən İsrail indi Ukraynaya tərəf meyl edir və bu ölkəyə hərbi tədarükü istisna etmir.
ABŞ uzun müddətdir ki, İsraili məhz ukraynayönümlü mövqe tutmağa sövq edib.
Təbii ki, həcminə görə bu tədarük ABŞ və Avropa ölkələrinə nisbətən gözə dəyməyə bilər. Lakin tədarük edilən silahın keyfiyyətini nəzərə alsaq, belə yardımı heç də "rəmzi" adlandırmaq olmaz.
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb




.jpg)



























.jpg)






















