Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

Fitrə zəkatı nə qədər verilməlidir? - VİDEO

Bir neçə gündən sonra Ramazan ayı başa çatır.
Mediainfo.az xəbər verir ki, duaların qəbul olunduğu, günahların bağışlandığı, ehtiyac sahiblərinin üzlərinin güldüyü Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır.

Bir ay boyunca nəfsini, gözünü və dilini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər.

Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Surxay Məmmədli "Xəzər Xəbər"ə deyib ki, fitrə zəkatı İslam dinində vacib hesab edilir və maddi vəziyyəti normal olan hər bir müsəlman Ramazan ayı bitmədən fitrə sədəqəsi verməlidir.

Fitrənin ümumi miqdarı ailə fərdlərinin sayına görə müəyyən edilir. Fitrənin pul şəklində miqdarını isə Qafqaz Müsəlmanları İdarəsi bu il adambaşı 10-15 manat həcmində müəyyənləşdirib.

Paylaş

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az