İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Xaliq Faiqoğlu” şirkətini məhkəməyə verib.
Mediainfo.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.
İş üzrə hazırlıq iclası may ayının 6-da keçiriləcək. Məhkəmə çəkişməsinin səbəbi icarə müqaviləsi üzrə mübahisələrdir.
“Xaliq Faiqoğlu” Bakıda ən iri sərnişindaşıma şirkətlərindən biri hesab olunur. Şirkət 11 sentyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Seyidov Faiq Sadiq oğludur.
“Xaliq Faiqoğlu” şirkəti bir müddət əvvəl vergi borcu ilə gündəmə gəlib. Şirkətin hazırda da 75 935.21 AZN vergi borcu var.
Qeyd edilib ki, bir neçə gün əvvəl sərnişindaşıma şirkətlərinin gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etdiyi barədə məlumat yayılıb. Məlumatda bildirilib ki, qiymət artımı ilə bağlı müraciətdə siyahıya “Xaliq Faiqoğlu” şirkəti başçılıq edir.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































