Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı - İranı görün nədə ittiham etdi

Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı - İranı görün nədə ittiham etdi

"Azərbaycan məktəblərdə vahid geyim forması təsdiqlənib. Bu, Azərbaycanın dünyəvi dövlət kimi mövqeyini möhkəmləndirmək və islamçıların təsirinin qarşısını almaq istiqamətində atdığı çox mühüm və cəsarətli addımdır".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili özünün sosial şəbəkə hesabında yazıb.

"Bu arada, Azərbaycanda artıq təsir imkanlarını reallaşdıra bilməyən İran Gürcüstanda yaşayan azərbaycanlıların radikal islamlaşmasını fəal şəkildə həyata keçirir. Bu isə Gürcüstanın dövlətçiliyi və ərazi bütövlüyü üçün ölümcül təhlükə yaradır. Buradakı islamçılar həm Gürcüstan, həm Azərbaycan, həm də bütün region üçün təhlükə törədirlər", - deyə Saakaşvili bildirib.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.14

2026.10.13

2026.10.12

2026.10.11

2026.10.10

2026.10.09

2026.10.08

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az