“Çinqaçuklar məktəbə nizə ilə gəlməlidir?” - Baba Vəziroğludan REAKSİYA

“Çinqaçuklar məktəbə nizə ilə gəlməlidir?” - Baba Vəziroğludan REAKSİYA

Məktəblərdə vahid geyim tərzi, təhsilin dünyəviliyi və Nazirlər Kabinetinin müvafiq qərarı ilə bağlı gedən geniş müzakirələrə Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu da münasibət bildirib.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlamasında sənətkar məktəblərdə vahid geyim qaydasının vaxtında və düzgün verilmiş bir qərar olduğunu vurğuladı:

"Əvvəlcə düşünülmüş və vaxtı çatdığı üçün verilmiş düzgün qərardır. Hətta mən deyirəm ki, mənim aləmimdə bu, vaxtı keçmiş qərardır, çünki doğrudan da çoxdan verilməli idi. Azərbaycan çoxlu etnik qruplarla, müxtəlif dini baxışlarla, milli mentalitetlə zəngin olan böyük-kiçik xalqların yaşadığı azad bir məmləkətdir. Yəni insanların düşüncə müxtəlifliyi, öz milli adət-ənənələrinə riayət etmək azadlığı var. Amma məktəbdə bu azadlıqlar müəyyən çərçivəyə alınmalıdır. Bu, tarixən də belə olub, bundan sonra da belə olacaq".

Baba Vəziroğlu təhsil müəssisələrinin özünəməxsus missiyasına diqqət çəkərək qeyd etdi ki, məktəb dini ideologiyaların təbliğ olunduğu yer deyil:

"Çünki məktəb dini və yaxud milli məbəd deyil, təhsil məbədidir, insanlara işıq və ziya verən ocaqdır. Azərbaycanda yaşayan hər kəs bu məktəbə öz dini baxışlarını, təriqətini, inanclarını apara bilməz. O böyük azadlıq məktəb divarları arasında, təhsil məbədinin öz konkret azadlıqları çərçivəsində olmalıdır. Təsəvvür eləyin ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, hətta çinqaçuklar da yaşayır. Çinqaçuklar bəyəm məktəbə dəbilqə ilə, əlində nizə, bir əlçim yarpaqla örtülü gəlməlidirlər? Bu, əlbəttə ki, gülməlidir və bunu müqayisə üçün deyirəm".

Açıqlamasının sonunda şair hər kəsi məktəb qaydalarına hörmətlə yanaşmağa çağırdı:

"Məktəb təkrar edirəm ki, elm, təhsil, ziya, işıq məbədidir. Bu məbədin qayda-qanunlarına hər kəs hörmətlə və anlayışla yanaşmalıdır. Bu, həm şagird kollektivinə, həm müəllim kollektivinə, həm də o məbədə ayaq basan hər bir kəsə aid olmalıdır".

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.10.12

2026.10.11

2026.10.10

2026.10.09

2026.10.08

2026.10.07

2026.10.06

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az