ABŞ və İran arasında razılaşma 24 saat ərzində imzalanacaq

ABŞ və İran arasında razılaşma 24 saat ərzində imzalanacaq

Pakistanın Baş naziri Şahbaz Şərif şənbə günü bildirib ki, Amerika Birləşmiş Ştatları və İran arasında razılaşmanın imzalanması ehtimal ki, növbəti 24 saat ərzində baş tutacaq. Oxuməni.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

"Biz sülh razılığına heç vaxt olmadığı qədər yaxınıq. Onun yekun təsdiqlənməsi ehtimal ki, növbəti 24 saat ərzində baş tutacaq. Pakistan dərhal bundan sonra razılığı elektron qaydada imzalamağa hazırlaşır, daha sonra gələn həftə texniki danışıqlar aparılacaq", - Şərif Facebook-da yazıb.

Pakistanın Baş naziri danışıqlarda iştirak etdikləri üçün ABŞ və İrana təşəkkür edib və regiondakı dostlarına dəstəklərinə görə minnətdarlığını bildirib. "Əminik ki, bu tarixi sülh razılığı möhkəm sülh üçün güclü zəmin yaradacaq", - o vurğulayıb.

Daha əvvəl Şərif razılığın yekun mətninin təsdiqləndiyini və Pakistanın son addımların tamamlanması üçün hər iki tərəflə sıx əməkdaşlıq etdiyini yazmışdı.

Cümə günü ABŞ administrasiyasının yüksək rütbəli rəsmisi ilkin razılığın mətninin razılaşdırılması barədə məlumat verib. O, vurğulayıb ki, İran razılığın müddəalarının, o cümlədən onun nüvə proqramının ləğvi və zənginləşdirilmiş uranın ixracı ilə bağlı olanların icrası ilə əlaqədar iqtisadi faydalar əldə edəcək.

ABŞ administrasiyasının rəsmisinin sözlərinə görə, razılıq dörd əsas prinsipə əsaslanır: Hörmüz boğazının açılması və onun blokadasının dayandırılması; İranın nüvə proqramının ləğvi, həmçinin zənginləşdirilmiş materialın ABŞ tərəfinə verilməsi, hansı ki, "yerində məhv edilməli və sonra ölkədən çıxarılmalıdır"; uzunmüddətli regional sülh; və öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün yoxlama rejimi.

Bunun müqabilində İranın sanksiyaların tədricən götürülməsi və dünya iqtisadiyyatına reinteqrasiya olunması gözlənilir. Ağ Ev rəsmisi İran KİV-lərinin Tehranla memorandum imzalanarkən konkret məbləğlərin (xüsusən 12, 6 və ya 1 milyard dollar) ödənilməsi barədə xəbərlərini qəti şəkildə təkzib edib.

Administrasiya rəsmisi son həftələrdə tərəfləri razılığa yaxınlaşdıran dəyişikliklər arasında İranın Hörmüz boğazı üzərində nəzarətinin zəifləməsini, hansı ki, son həftələrdə münaqişənin başlanğıc mərhələsindən daha çox neft keçdiyini, eləcə də zənginləşdirilmiş uranın məhv edilməsi və çıxarılması ilə bağlı müddəaların aydınlaşdırılması.

Almaz Həsənli

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.14

2026.06.13

2026.06.12

2026.06.11

2026.06.10

2026.06.09

2026.06.08

2026.06.07

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az