İranın keçmiş Ali rəhbəri Ayətullah Əli Xameneinin dəfn mərasimi iyulun 9-da onun doğulduğu Məşhəd şəhərində keçiriləcək. Oxuməni.az xəbər verir ki, Bu barədə “IRIB” dövlət tele-radio şirkəti məlumat yayıb. Vida mərasimi iyulun 4-də Tehranda başlayacaq. Qumda da matəm mərasimləri planlaşdırılıb.
Matəm mərasimləri iyulun 4, 5 və 6-da Tehranda, iyulun 7-də isə Qumda keçiriləcək. Dəfn mərasimi isə iyulun 9-da ölkənin şimal-şərqində yerləşən Məşhəd şəhərində, Əli Xameneinin doğulduğu yerdə, İmam Rza türbəsində baş tutacaq.
"The Times" qəzetinin məlumatına görə, aprel ayında Qumda böyük bir türbənin tikintisi üçün təməlqoyma mərasimi qeydə alınıb.
Dəfn mərasimi əvvəlcə mart ayına planlaşdırılmışdı, lakin ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən təxirə salındı.
Xatırladaq ki, Ayətullah Əli Xamenei ABŞ və İsrailin İrana qarşı müharibəsinin ilk günü, fevralın 28-də öldürülüb. Onunla birlikdə qızı, nəvəsi, gəlini və kürəkəni də həlak olub. İranın Rəhbər Şurası (Ekspertlər Şurası) martın 9-da Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri elan edib.
Aprelin 8-də Ayətullahın ölümündən 40 gün keçib, bu da şiə islamında ənənəvi matəm dövrünün başa çatması deməkdir.
Almaz Həsənli
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















