"Milliyyətcə yezidi kürdü, Ermənistan yezidi Kürd İcmasının rəhbəri Knyaz Həsənov bu ölkənin hakim "Vətəndaş müqaviləsi" partiyasından milli azlıq nümayəndəsi kimi ardıcıl 4-cü dəfə deputat seçilib".
Azerbaycanpolisi.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, 80-dən çox yaşı olan Knyaz Həsənov əvvəllər Azərbaycanın ünvanına hədələr səsləndirməklə yadda qalıb.
"Sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin "Amedspor" futbol klubunun İdarə Heyətinin üzvü imiş. N.Nadirova da elə-belə adam deyil: Qazaxıstan vətəndaşıdır, maliyyəçidir, "Home Credit Bank"a rəhbərlik edib, nüfuzlu şəxsdir.
Bilməyənlərin nəzərinə onu da çatdırım ki, "Amed" Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində "Amed" sözü də kürd sözü deyil, qədim suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkir türk (Ağqoyunlu) adı olduğu üçün separatçı kürdlər onun əvəzinə "Amed" sözünü ortaya atıblar.
Mənə maraqlı gələn ermənistanlı yezidi kürd qadının "Amedspor" komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedir erməni məsələsinə çıxır", - paylaşımda deyilir.
Azerbaycanpolisi.az
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“































.jpg)

.jpg)




















