Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib

Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib

Bakıda Gənclər üçün Süni İntellekt Forumu keçirilib.

"Report" xəbər verir ki, Bakı Konqres Mərkəzində təşkil olunan forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə baş tutub.

Açılış mərasimində Milli Məclisin deputatı Naqif Həmzəyev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Nail Şükürov, GİKM-in baş direktoru Azər Əliyev və Milli Süni İntellekt Mərkəzinin baş məhsul sahibi İbrahim Süleymanov çıxış edərək süni intellektin inkişaf perspektivləri və bu sahədə gənclər üçün yaradılan imkanlardan danışıblar.

Forum çərçivəsində "Gənclərin karyera inkişafında süni intellektin rolu: imkanlar və çağırışlar" mövzusunda panel sessiyası da keçirilib. Müzakirələrdə müxtəlif qurumların nümayəndələri süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşüblər.

Tədbirdə həmçinin Milli Süni İntellekt Mərkəzinin mühəndisi Murad Bağırlının təqdimatı dinlənilib. Təqdimatda gənclər üçün süni intellekt savadlılığının əsas istiqamətləri barədə məlumat verilib.

Forum çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən hazırlanmış "Karyera quruculuğunda süni intellekt bələdçisi" adlı yeni nəşrin təqdimatı da keçirilib.

Qeyd olunub ki, son illərdə Bakı və regionlarda təşkil edilən süni intellekt forumları, təlimlər və maarifləndirici tədbirlər gənclərin bu sahədə bilik və bacarıqlarının inkişafına töhfə verir.

Azərbaycanpolisi.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.06.10

2026.06.09

2026.06.08

2026.06.07

2026.06.06

2026.06.05

2026.06.04

2026.06.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az