Konqres üzvü Marjori Teylor Qrin özünün X sosial media səhifəsində qalmaqallı maliyyəçi Ceffri Epşteynlə bağlı sənədlərin açıqlanması çağırışlarının ABŞ prezidenti Donald Trampla qarşıdurmaya səbəb olacağını gözləmədiyini bildirib.
"Epşteyn işinin açıqlanması, təcavüzə məruz qalan qadınların qorunması və varlı və güclü elitaların şəbəkəsini ifşa etmək uğrunda mübarizənin buna gətirib çıxaracağını heç vaxt düşünməmişdim, amma biz buradayıq", - deyə o qeyd edib.
Onun sözlərinə görə, siyasi-sənaye kompleksi amerikalıları nifrətə sövq edir, onları bir-birinə qarşı qoyur, zorakılığa səbəb olur və ölkəni vətəndaş müharibəsinə yaxınlaşdırır.
Qrin vurğulayıb ki, o, Amerika xalqına hər hansı bir liderdən və ya siyasi partiyadan daha çox inanır və onlar siyasi spektrin hər iki tərəfi tərəfindən onlara qarşı rəftar edildiyindən daha yaxşısına layiqdirlər.
Bir müddət əvvəl ABŞ prezidenti özünün Truth Social səhifəsində keçmiş tərəfdarı Marjorie Taylor Greene-ni Respublikaçılar Partiyası üçün rüsvayçılıq adlandırmışdı.
Əziz MUSTAFA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











