Şənbə günü ABŞ Prezidenti Donald Tramp Respublikaçı müttəfiqi, Nümayəndələr Palatasının üzvü Marjori Teylor Qrini tənqid etdi. Tramp onun "çürük" olduğunu, solçu baxışları qəbul etdiyini və "bütün Respublika Partiyasına xəyanət etdiyini" iddia etdi.
Tramp sosial media hesabı olan TruthSocial-da yazıb ki, Qrin heç vaxt əsl Respublikaçı olmayıb. O, iddia edib ki, o, artıq Qrin (yaşıl) deyil, Braun (qəhvəyi) olub.
"Dəyərsiz Konqres üzvü Marjori Teylor Braun sola dönəndə bütün Respublika Partiyasına xəyanət etdi... və hamımızın həmişə bildiyimiz RIT oldu", - deyə Tramp yazıb.
Bir gün əvvəl o, həmçinin seçkilərdə Qrini dəstəkləməyəcəyini açıqlayıb.
Əvvəllər Qrin dəfələrlə Ədliyyə Nazirliyini insan alveri və seks alveri ittihamları ilə məhkəməni gözləyərkən 2019-cu ildə həbsxanada vəfat edən rüsvayçı maliyyəçi Epşteynin dosyesindən sənədləri açıqlamağa çağırmışdı.
Şənbə günü Qrin bildirib ki, o, Tramp tərəfindən xüsusi olaraq Epşteyn işi səbəbindən tənqid olunub.
Əziz MUSTAFA
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“








































.jpg)

.jpg)











