Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları Rusiya gömrük xidmətinin yaradılmasının ildönümü, gömrük əməkdaşlarının peşə bayramı münasibətilə təşkil edilən "Beynəlxalq Gömrük Forumu" və "Gömrük Xidməti" mövzusunda ixtisaslaşdırılmış sərgidə iştirak ediblər.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Mediainfo.az-a bildirilib ki, Moskvada təşkil edilən sərgidə DGK-nın stendi nümayiş olunub. Gömrük xidmətində həyata keçirilən islahatlar və Azərbaycanın turizm potensialından bəhs edən videoçarx, müxtəlif kitab, broşür və kiçik suvenirlərin əks etdirildiyi stend sərgi iştirakçıları tərəfində böyük maraqla qarşılanıb.
Stend ilə yaxından tanış olan ziyarətçilərə Azərbaycan gömrük xidmətində aparılan islahatlar barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb, kitab və broşürlər təqdim edilib.
Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin Dövlət Gömrük Komitəsinin stendinə baş çəkib və Azərbaycan gömrüyünün yeni layihələri ilə tanış olub. Rusiya Federal Gömrük Xidmətinin rəhbərinə DGK-da son dövrlərdə həyata keçirilən islahatlar, tətbiq olunan informasiya texnologiyaları və beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər barədə məlumat verilib, daha sonra fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sərgidə Azərbaycanla yanaşı, Rusiya, Çin, Özbəkistan, Qazaxıstan gömrük xidmətlərinin, eyni zamanda, bir sıra şirkətlərin stendləri də nümayiş olunub.
Xatırladaq ki, "Beynəlxalq Gömrük Forumu"nda xarici iqtisadi fəaliyyətin inkişafı və gömrük idarəçiliyinə dair ümumilikdə 15 əsas mövzunu əhatə edən 50-dən çox sessiya, dəyirmi masa, təqdimat, seminar keçirilib.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














