"Ziraat Bank Azərbaycan" ASC 25 oktyabrda 4-cü filialının açılışını Sumqayıt şəhərində həyata keçirib.
Açılışda Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu, Sumqayıt şəhər İcra Başçısı Zakir Fərəcov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Ziraat Bank Türkiyə İdarə Heyəti Üzvü Fevzi Çutur, "Ziraat Bank Azərbaycan" ASC-nin İdarə Heyətinin sədri Avni Demirci, Şimali Kiprin Azərbaycandakı səfiri Ufuk Turqanər, Azərbaycanlı iş adamları və Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamları da iştirak ediblər.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu açılışda filialı gəzərək işçilərlə söhbət edib, Ziraat Bank Azərbaycanın "Bankkart" məhsulunu bankın sədri Avni Demircidən qəbul edib.
Qeyd edək ki, Avni Demirci çıxışında dörd il öncə qurulan Ziraat Bankın 4-cü filialının istehsal və sənaye bölgəsi olan Sumqayıt şəhərində açılmasına diqqət çəkib və Azərbaycanda istehsalatın inkişafına yönəlik addımlara dəstək olmaq məqsədi ilə buranı seçdiyini qeyd edib: "Ziraat Bank Azərbaycan" ASC olaraq ilk məqsədimiz Azərbaycan və Türkiyə arasında ticarətin inkişaf etdirilməsidir. İqtisadiyyatın dinamik olduğu yerlərdə filiallarımızın sayını artırmağa davam edəcəyik".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir




























.jpg)
.jpg)










.jpg)














