STAR NEZ-in gündəlik emal gücü açıqlandı

STAR NEZ-in gündəlik emal gücü açıqlandı

"STAR Nez-in gündəlik emal gücü 214 min barrel xam neft gücündədir".
Bu fikri jurnalistlərə açıqlamasında STAR NEZ-in baş direktoru Mesut İlter deyib. O, bildirib ki, SOCAR tərəfindən İzmirin Əliağa bölgəsində inşa edilən STAR NEZ Türkiyənin emal olunmuş neft ehtiyacının 25 %-ni təkbaşına təmin edir:

"İllik emal gücü 10 milyon ton xam neft olan zavodda 4.8 milyon ton dizel və 1.6 milyon nafta ilə yanaşı Türkiyənin cari kəsirində xüsusi əhəmiyyətə malik olan təyyarə yanacağı və LPG kimi neft məhsulları istehsal edilir".
Mesut İlter məlumat verib ki, 100-dən artıq neft çeşidini emal etməyə qadir olan STAR zavodunun gündəlik emal gücü 214 min barrel xam neft həcmindədir:
"Star NEZ məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə ixrac edir: "İlk satışını 2019-cu ilin yanvarinda "Petkim"ə nafta tədarük etməklə həyata keçirən STAR NEZ 2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə başlayıb.Cari ilin əvvəlindən ümumilikdə 4.5 milyon ton məhsul istehsal edən STAR zavodu daxili bazar tələbatını ödəməklə yanaşı məhsullarını Aralıq dənizi və Şimali Avropa ölkələrinə də ixrac edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır".
M.İlter vurğulayıb ki, bazara, eyni zamanda dizel, təyyarə yanacağı, LPG, neft koksu kimi məhsullar çıxarılır: "Ötən aylarda "SOCAR Aviation" İstanbul aeroportunun illik 700 000 tonluq təyyarə yanacağı üçün elan etdiyi tenderi uddu. Star NEZ-də istehsal olunan təyyarə yanacağının mühüm bir hissəsi İstanbul aeroportuna tədarük olunacaq. Star-ın müştəriləri arasında digər hava limanlarının da yer alacağı gözlənilir".

Qeyd edilir ki, Türkiyədə təyyarə yanacağına illik tələbat 5 milyon ton civarındadır. Turizm sektorunun genişlənməsi və İstanbul Hava Limanı kimi böyük bir istehlakçının meydana çıxması ilə bu tələbatın 6-6,5 milyon tona yüksəlməsi gözlənilir. Lakin bazara Star NEZ-in 1,6 milyon tonluq istehsalı daxil olması sayəsində 7-8 ildən sonra Türkiyədə təyyarə yanacağı idxalına ehtiyac qalmayacağı ehtimal edilir.
Qeyd edək ki, STAR zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az