"Oktyabrın 16-dan etibarən müflis elan olunmuş banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər. Yəni, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə o zaman həmin vəsait qaytarılacaq".
Bu barədə Mediainfo.az-a iqtisadçı Vüqar Bayramov bildirib.
"Qeyd edim ki, iki həftə öncə qorunmayan əmanətlərin qaytrarılacağı haqda sosial şəbəkə statusumda məlumat vermişdim. Daha sonra bu rəsmi olaraq təsdiqləndi. Proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsi ilə ödənilməsi barədədir", - V.Bayramov bildirib.
Bəs hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq?
V.Bayramov həmin bankların adlarını sıralayıb:
"Ləğv prosesində olan "Atrabank", "Royalbank", "Kredobank", "Zaminbank", "Bank of Azerbaijan", "Qafqaz İnkişaf Bankı", "Bank Standard", "Yunayted Kredit Bank", "Texnikabank", "Dəmirbank" və "Gəncəbank"-da olan məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq".
İqtisadçı deyib ki, qorunmayan əmanətlərin kompensasiyası "Kapitalbank" vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək:
"İlkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq. Qeyd edək ki, müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki, bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bimridi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi. Qeyd edək ki, CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir".
Mediainfo.az
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib




















































