Vüsal Qasımlı: "Azərbaycan MDB-də sosial göstəricilərə görə ikinci yerdədir"

Vüsal Qasımlı: "Azərbaycan MDB-də sosial göstəricilərə görə ikinci yerdədir"

Beynəlxalq dollar ifadəsində Azərbaycan minimum əmək haqqı səviyyəsinə görə MDB ölkələri arasında 595 beynəlxalq dollar göstəricisi ilə 2-ci yerdə qərarlaşıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı ölkə başçısının rəhbərliyi ilə 2019-cu ildə reallaşdırılan inqilabi sosial islahatlara dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu o deməkdir ki, ölkədə yaşayan və minimum əmək haqqı alan şəxs ABŞ-da 595 ABŞ dolları məvacib alan şəxslə eyni alıcılıq qabiliyyətinə malikdir.

"Digər MDB ölkələri ilə müqayisədə Azərbaycanda beynəlxalq dollarla ifadə edilmiş minimum əmək haqqı Ermənistandan 2,1 dəfə, Qazaxıstandan 1,6 dəfə, Gürcüstan və Rusiyadan isə 1,4 dəfə yüksəkdir", - deyə V. Qasımlı qeyd edib.

Mərkəzin icraçı direktoru əlavə edib ki, Azərbaycanda 2019-cu il sentyabrın 1-dən minimum əmək haqlarının yenidən artırılması orta əmək haqqına da müsbət təsir göstərərək, orta əmək haqqının alıcılıq pariteti üzrə məzənnə nəzərə alınmaqla 1 540 beynəlxalq dollara çatacağını proqnozlaşdırmağa imkan verir. V. Qasımlının sözlərinə görə, bu o dəməkdir ki, Azərbaycanda orta əmək haqqı Ermənistandan 1,6 dəfə (Ermənistan – 960 beynəlxalq dollar), Gürcüstandan 1,1 dəfə (Gürcüstan – 1 431 beynəlxalq dollar) çox olacaq.

"Sosial islahatlar paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Belə ki, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci sosial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdçünün sosial rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 mln. manat maliyyə yükü ilə 750 min nəfəri əhatə etmiş olacaqdır. Minimal pensiya üzrə yeni göstəricilərə əsasən Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 476 beynəlxalq dollarla 1-ci yerdə olacaqdır", - deyə V. Qasımlı əlavə edib.

Onun sözlərinə görə, bu göstərici Ermənistanın minimal pensiya göstəricisindən 3,7 dəfə, Gürcüstanın göstəricisindən 2 dəfə, Rusiyanın göstəricisindən 1,3 dəfə, Qazaxıstanın minimal pensiya göstəricisindən isə 1,1 dəfə çoxdur.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az