"İndiyə qədər Azərbaycanla Almaniya arasında 70-dən çox sənəd imzalanıb".
Mediainfo.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Almaniya biznes forumunda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, hazırda iki ölkə 9 müştərək layihənin icrasını davam etdirir: "4-ü yerli, 5-i beynəlxalq olmaqla ümumilikdə 9 müştərək layihənin icrası davam etdirilir. Bu layihələrin ümumi dəyəri 30 milyon avro civarındadır".
N.Səfərov həmçinin qeyd edib ki, hazırda 154 alman şirkəti müxtəlif sahələr üzrə ölkəmizdə fəaliyyət göstərir: "Bu şirkətlərdən bəziləri Azərbaycanda icra edilən, ümumi dəyəri 1,6 milyard dollar olan 66 layihədə podratçıdır. İndiyə qədər Almaniya Azərbaycana 615 milyon dollar investisiya yatırıb ki, bunun da 96%-i qeyri-neft sektoruna yönəldilib. Azərbaycan isə Almaniyaya 3 milyard dollar investisiya qoyub".
Onun sözlərinə görə, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları keçib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 24% çoxdur: "Almaniya Azərbaycanın 2-ci ən böyük ticarət tərəfdaşıdır, bu ölkədən idxal etdiyimiz malların dəyərinə görə isə 1-ci yerdədir".
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir






























.jpg)
.jpg)










.jpg)













