MBNP-dən APA-a Economics"ə verilən məlumata görə, Palatanın İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov ölkədə həyata keçirilən kompleks islahatların davamı kimi maliyyə sektorunun sağlamlaşdırılması və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə məlumat verərək bu islahatların beynəlxalq nüfuzlu qurumlar və reytinq agentlikləri tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb. Belə ki, Azərbaycanın maliyyə bazarlarında hal-hazırda da davam edən pozitiv trendlər Beynəlxalq Valyuta Fondunun (IMF) son hesabatında müsbət qiymətləndirilib, "Fitch", "Moody’s" və S&P kimi reytinq agentliklərinin Azərbaycan haqqında göstəricilərində müsbət dinamika müşahidə olunub.
Eyni zamanda, maliyyə bazarlarındakı sabitliyin nəzarətdə saxlanılması və beynəlxalq təcrübənin öyrənilərək Azərbaycanda tətbiq olunması məqsədilə Palatanın beynəlxalq maliyyə qurumları ilə intensiv əlaqələrin yaradılmasına xüsusi önəm verdiyi vurğulanıb. Belə ki, Palatanın Bazel Komitəsinin Bazel Konsultativ Qrupuna üzv qəbul edildiyi, 40-dan artıq beynəlxalq təşkilat və xarici dövlətin nəzarət orqanları ilə məhsuldar əməkdaşlığın həyata keçirildiyi, bu çərçivədə Azərbaycanın daşınar əmlakın yüklülüyünün dövlət reyestri sahəsində təkmil təcrübəsinin Gürcüstan tərəfindən öyrənilərək tətbiq edilməsi istiqamətində işlərin aparıldığı, o cümlədən Qırğızıstanın bu təcrübədən yararlanmaqda maraqlı olduğu diqqətə çatdırılıb.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir






























.jpg)
.jpg)










.jpg)













