Sentyabrın 25-də vergi sahəsində dəyişikliklər, habelə mövcud qanunvericilik, vergi inzibatçılığı və xidmətlər barədə əsas məlumat və kommunikasiya alətlərindən biri olan Vergilər Nazirliyinin rəsmi internet saytının yenilənmiş versiyası istifadəyə verilib.
Vergilər Nazirliyindən Mediainfo.az-a bildirilib ki, saytın yenilənməsində məqsəd, ilk öncə, istifadəçilərin rahatlığını təmin etmək və müasir tələblərə uyğunlaşdırmaqdır.
Yenilənmiş sayt həm dizayn, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni iniformasiyalarla zənginləşdirilib. İstifadəçi rahatlığını təmin etmək üçün daha müasir proqram təminatlarından istifadə olunub.
Yenilənmiş saytda vergi orqanları ilə vergi ödəyiciləri və biznes strukturları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi, əhalinin və sahibkarların maraqlarının daha asan və çevik təmin olunması xətti öz əksini tapıb. Bu məqsədlə interfeysdə fiziki və hüquqi şəxslər üçün lazımlı məlumatlar toplanan iki əsas yeni bölmə yaradılıb. Həmçinin istifadəçilərin daha çox müraciət etdikləri "Axtarış bazası", "Vergi təqvimi" və "Elektron xidmətlər" yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.
Saytda naviqasiya rahatlığı təmin edilərək ən çox istifadə olunan bölmələr ümumi paneldə cəmləşdirilib. Vergi ödəyiciləri üçün bütün zəruri məlumatları özündə cəmləşdirən yeni "Vergi ödəyicilərinə" bölməsi yaradılıb. Bu bölmədə vergi ödəyicilərini maraqlandıran "Vergi bələdçisi", "Vergiləri necə ödəyək", "Biznesə necə başlamalı", "Mühasibat uçotu", "ASAN imza", "Əmək müqaviləsi", "Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" haqqında məlumatın öyrənilməsi kimi alt bölmələr yer alıb. Vergi Məcəlləsini əhatə edən testlər toplusu da təkmilləşdirilərək "Vergi testi" bölməsinə əlavə edilib.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































