Azərbaycan Beynəlxalq Bankı “SIBOS - 2019” sərgisində

Azərbaycan Beynəlxalq Bankı “SIBOS - 2019” sərgisində

Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) hər il ənənəvi qaydada təşkil etdiyi SIBOS sərgi-konfransı bu il 23-26 sentyabr tarixində Londonda keçirilir. Əvvəlki illərdə olduğu kimi Azərbaycan Beynəlxalq Bankı bu il də SIBOS sərgi-konfransına qatılıb. Bankı bu beynəlxalq tədbirdə Baş direktor Fuad İslamov və Mərkəzi xəzinədarlıq departamentinin direktoru Kamran Hüseynov təmsil edir.

Mediainfo.az xəbər verir ki, SIBOS sərgi-konfransı hər il dünyanın iri bank və maliyyə qurumlarının nümayəndələrini bir araya gətirən, maliyyə sektorundakı innovativ trendlərin izlənməsi, yeni bankçılıq təcrübə və texnologiyaları ilə tanışlıq imkanları yaradan, işgüzar əlaqələrin qurulmasına kömək göstərən mühüm platformadır. Bu ənənəvi tədbirin keçirilməsinə 1978-ci ildən başlanıb.

"SIBOS – 2019" çərçivəsində Azərbaycan Beynəlxalq Bankının nümayəndə heyəti xarici maliyyə qurumlarının təmsilçiləri, o cümlədən bankın uzunmüddətli tərəfdaşları olan JP Morgan, Citibank, Commerzbank, Deutsche Bank, Credit Suisse, Societe Generale, Türkiyə İş Bankası və s. bu kimi maliyyə institutlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Azərbaycan Beynəlxalq Bankının yeni layihələri, bankda gedən inkişaf prosesləri, strateji hədəfləri barədə məlumat veriləcək və gələcək əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az