Azərbaycanda bəzi dindarlar milli bayramlarımızın əleyhinə çıxır, namaz qılmadıqları üçün 20 Yanvar, Xocalı faciəsi şəhidlərini qəbul etmir, dini kimliyimizi milli kimliyimizə qarşı qoymağa cəhd edirlər.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Din və ideoloji təhlükəsizlik" adlı konfransdakı çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov deyib. Baş Prokurorluq, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və digər qurumların məsul əməkdaşlarının iştirak etdiyi konfransda o, son dövrlərdə dini kimliyimizin milli kimliyə qarşı qoyulması hallarının ortaya çıxdığına diqqəti cəlb edib: "Bəzi dırnaqarası dindarlar milli bayramlarımızın əleyhinə çıxır, Novruz bayramına mənfi münasibət bəsləyir, namaz qılmadıqları üçün 20 yanvar və Xocalı şəhidlərini qəbul etmirlər. Belə adamların ingilis, fransız və digər millətlərdən heç bir fərqi yoxdur".
Çingiz İsmayılov bu işlə müvafiq qurumların məşğul olduğunu söyləyib.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi





















































