Dekabrın 24-də Heydər Əliyev Mərkəzində "İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018" adlı filmin və kitabın təqdimat mərasimi keçirilib.
Əvvəlcə Prezident İlham Əliyevin on beş illik fəaliyyətinə dair film nümayiş olunub.
Sonra Azərbaycanın Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov və "İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2018" filminin ssenari müəlliflərindən və eyniadlı kitabın tərtibçi müəlliflərindən biri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış ediblər.
"İlham Əliyev – on beş illik prezidentlik dövrünün uğur salnaməsi. 2003-2015" kitabı bu tarixi və olduqca zəngin bir dövrə işıq salır. Nəşrin ən böyük məziyyətlərindən biri minimum sözlə maksimum məna ifadə etməsi, sanballı fikir yükü daşımasıdır. Azərbaycan Prezidentinin cild-cild kitablar, çoxsaylı tədqiqatlar üçün mövzu ola biləcək çoxşaxəli fəaliyyətinin bu cür yığcam şəkildə əksi, təbii ki, dərin ümumiləşdirmə və təhlil, elmi-praktik yanaşma tələb edir. Kitab nəşrə hazırlanarkən mətnin hər abzası və cümləsi, hər bir fotoşəkil dönə-dönə fikir süzgəcindən keçirilib. Nəticədə Prezident İlham Əliyevin 15 illik titanik, çoxşaxəli dövlətçilik fəaliyyətinin diqqətçəkən salnaməsi, Azərbaycanın müasir tarixinin çox parlaq bir dövrünün dolğun mənzərəsi ortaya çıxıb.(azərtac)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür








.jpg)





























.jpg)
.jpg)










.jpg)




