Ərzurum Atatürk Universitetinin professoru Əli Kafkasyalının "Qafqaz qaçaqları" romanı işıq üzü görüb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, kitabı türkcədən çevirən Məti Osmanoğludur. Roman müəllifi tərəfindən bolşevik çevrilişi ilə başlayan zülmün 100-cü ilində babası Məmməd Babanın, atası Aloy Hacının və bütün Qafqaz qaçaqlarının əziz xatirələrinə ithaf edib. Professor Əli Kafkasyalı kitabında qeyd edib ki, "qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar".

Qeyd edək ki, Qarsda doğulub Ərzurumda yaşayan professor Əli Kafkasyalı Azərbaycan kökənlidir: atası Qazaxın II Şıxlı kəndindəndir. Müəllifin babası Məmməd Baba Milli ordunun sərhəd mühafizə dəstəsinin başçısı olub. O, XI Qırmızı ordu ilə vuruşmada şəhid olub. Var-dövlətləri əllərindən alınmış şəhid ailəsi sovet rejiminin yaratdığı çıxılmaz vəziyyətlə bağlı məcburən Türkiyəyə köçüb. Əli Kafkasyalının atası 56 yaşında evlənib və 3 oğlu olub.
Lətif Mustafayev
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


.jpg)

.jpg)


















































