Türk dünyasının məşhur yazarı və ictimai xadimi Oljas Suleymenov məhkəmədən nəvəsinin qatili Malikə Muhitovanın bağışlanmasını xahiş edib.
Mediainfo.az-ın Nur.kz-a istinadən verdiyi xəbərə görə, məşhur yazar bununla bağlı məhkəməyə məktub göndərib. Məktubda deyilir: "Nəvəm İsgəndərin faciəli şəkildə ölməsindən 6 ay keçməsinə baxmayaraq onun yanğısını heç vaxt unuda bilməyəcəyik. Mənim nəvəm motosikletlə gedən zaman işıqforun yaşıl işıqında bacarıqsız sürücünün maşını tərəfindən vuruldu".
Daha sonra Oljas Suleymenov nəvəsinin qatili 31 yaşlı Malikə Muhitovanın bağışlanmasını xahiş edib: "Mən Suleymenovlar ailəsinin ağsaqqalı kimi xahiş edirəm ki, Malikə Muhitovanı bağışlasınlar. O ərə gedərək ana olanda övlad itkisinin nə olması barədə keçirdiyimiz hissləri anlayacaq".
Xatırladaq ki, bu ilin iyun ayının 22-də Astanada "Hyundai" markalı avtomobilin sürücüsü Malikə Muhitova Oljas Suleymenovun nəvəsi, motosikletlə hərəkət edən İsgəndər Suleymenovu vurub. Nəticədə o hadisə yerində dünyasını dəyişib. Dekabrın 26-da məhkəmə baş verən hadisə ilə bağlı Malikə Muhitova haqqında yekun qərar qəbul edəcək.
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



