Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Mən tariximi bilirəm" mövzusunda bilik yarışması keçirilib.
Mediainfo.az-a İnstitutdan verilən xəbərə görə, yarışda ilahiyyat fakültəsinin I-III kurs tələbələri iştirak ediblər. Hər qrupdan 5 əsas və 1 ehtiyat iştirakçı olmaqla, ümumilikdə 7 komanda mübarizə aparıb.
Üç turdan ibarət olan yarışda 15 sual səsləndirilib. Suallar ulu öndər Heydər Əliyevin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində işlədiyi, həmçinin siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri və Azərbaycan tarixinin müxtəlif dövrləri ilə bağlı mövzuları əhatə edib.
Münsiflər heyətinin üzvü, Aİİ-nin rektoru Ceyhun Məmmədov bildirib ki, yarışın keçirilməsində məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda, elmə, maarifləndirici yarışlara marağın artırılmasıdır. Vurğulanıb ki, bu yarışma gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, onlara öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmalarına imkan verir.
Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilən qalib komandalara sertifikatlar verilib.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi





















































