Yaponiyada "Seibu" dəmir yolu şirkəti süni intellektə malik robot-nəzarətçini stansiyada sınaqdan keçirib.
Vəzifəsi stansiya nəzarətçilərinə kömək göstərməkdən ibarət olan robot kütləvi-informasiya vasitələrinin nümayəndələrinə təqdim edilib.
Şirkətin nümayəndəsi Maki Sone robot haqqında məlumat verib: "Süni intellektə malik robotun sınaqdan keçirilməsi barədə qərar 2020-ci ildə baş tutacaq Olimpiya və Paralimpiya Oyunları ilə əlaqədardır. Yarışlar zamanı ölkəyə gələn turistlərin və dəmir yolu xəttindən istifadə edənləri sayı kəskin artacaq. Bununla əlaqədar stansiyadakı əməkdaşların işini azaltmaq və təhlükəsizliyi təmin etmək üçün robotun sınaqlarına başlanıb".
Stansiyada gəzən robotun funksiyalarına özünü pis hiss edərək yerə oturan və ya yıxılan sərnişin barədə əməkdaşları məlumatlandırmaq daxildir. Belə ki, stansiyada dəmir yolu xətlərinin çoxluğu səbəbindən stansiyadakı nəzarətçi baş verən hadisəni görməyə bilər. Bu zaman robot baş verən hadisə barədə əməkdaşı məlumatlandırmalıdır. Eyni zamanda, robot stansiyada unudulan sahibsiz əşyalar barədə də məlumat verməlidir.
Beləliklə stansiyada çalışan əməkdaşlar ərazini dəfələrlə yoxlamaqdan azad olaraq, baş verən hadisə və ya təhlükəli əşya barədə operativ məlumat almaq imkanı qazanacaqlar.
Hazırda sınaqlar davam edir və bundan sonra robotun işə qəbul edilməsi məsələsinə baxılacaq. (AZƏRTAC)
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür









.jpg)





























.jpg)
.jpg)










.jpg)



