Faiq Ələkbərlinin yeni kitabı işıq üzü gördü

Faiq Ələkbərlinin yeni kitabı işıq üzü gördü

Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərlinin "Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (19-20 - ci əsrlər). 1-ci hissə. Bakı, Elm və təhsil, 2018, 504 səh., adlı kitabı işıq üzü görüb. Müəllifin sözlərinə görə, kitabın 1-ci hissəsində 19. əsr Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi üç istiqamətdə: 1) Şərq-İslam-türk mədəniyyətnin davamı:sxolastik fəlsəfi təfəkkürdən dünyəvi fəlsəfi təfəkkürə dönüş - A. A. Bakıxanov, S. Ə. Nəbati, S. H. Nigar. M. M. Nəvvab, A. Axundoğlu vəb. 2) Qərb mədəniyyətinin ya da Qərb fəlsəfəsinin təşəkkülü : mötədillikdən radikal inqilabi fəlsəfi düşüncələr- M. Ş. Vazeh, M. F. Axundzadə, T. QÜRRƏTÜL-EYN, M. Kazımbəy, Z. Marağalı vəb. 3) Şərq-islam - türk fəlsəfəsi ilə Qərb-Avropa fəlsəfəsinin sintezi problemi: Ş. C. Əfqani, S. Ə. Şirvani, H. Zərdabi, M. Ə. Talıbzadə vəb.

F. Ələkbərli bildirdi ki, kitab ümumtürk fəlsəfəsini və Azərbaycan türk fəlsəfi fikir tarixini tədqiq edənlər, maraqlananlar üçün dəyərli bir elmi vəsaitdir.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az